AZ

Bu ölkədə rus təyyarəsi vuruldu: ÖLƏNLƏR VAR – VİDEO

Sudanda noyabrın 4-də üsyançılar rusiyalıların olduğu “İl-76” təyyarəsini vurublar.

Bizim.Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Rus vətəndaşlarının taleyi rəsmi şəkildə təsdiqlənməyib, lakin bəzi yerli mənbələr heç kimin sağ qalmadığını iddia edir. Rusiya hakimiyyəti hələlik hadisə ilə bağlı şərh verməyib.

Reutersin məlumatına görə, təyyarənin qəzaya uğraması Sudandakı vətəndaş müharibəsi zamanı gizli logistika sxemlərini üzə çıxarıb.
 

Əvvəllər bu “İl-76” nəqliyyat təyyarəsi RSF (Sürətli Dəstək Qüvvələri) üçün işləyib, lakin hadisədən bir neçə ay əvvəl Sudan ordusuna dəstək məqsədilə fəaliyyətini dəyişib.


Jurnalistlər müəyyən ediblər ki, təyyarədə azı iki rusiyalı olub. RSF tərəfindən təqdim edilən sənədlər və fotolar, eləcə də sosial şəbəkə məlumatları onların şəxsiyyətini təsdiqləməyə imkan verib. Araşdırmaya görə, ekipaj üzvlərindən biri əvvəllər silah alveri ilə əlaqədar fəaliyyət göstərib.

RSF, təyyarədə üç Sudan hərbçisi ilə birlikdə olan iki rusiyalının sənədlərinin şəkillərini yayıb.

Qalıqların – o cümlədən mühərrik və stabilizatorların – xüsusiyyətlərinə əsasən, vurulan təyyarənin Rusiya istehsalı “İl-76” olduğu müəyyən edilib.


Bizim.Media

Seçilən
15
bizim.media

1Mənbələr