AZ

Regionlarda “Uşaq hüquqları aylığı” çərçivəsində növbəti ekoloji maarifləndirici görüşlər keçirilib

20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq hüquqları aylığı” çərçivəsində Regional Ekologiya və Təbii Sərvətlər İdarələrinin əməkdaşları tərəfindən Zaqatala rayonu Yuxarı Tala kənd T.Yunusov adına 2 nömrəli tam orta məktəb, Qəbələ rayonu Nic qəsəbəsi 4 nömrəli tam orta məktəb, Şamaxı rayonu Sabir qəsəbəsi A.Alxanov adına tam orta məktəb, Gəncə şəhər 7 nömrəli tam orta məktəb, Lənkəran rayon Sütəmurdov kənd tam orta məktəb və Xaçmaz rayonu Qusarçay kənd tam orta məktəbin şagirdləri ilə növbəti maarifləndirici görüşlər keçirilib.

Görüşlər zamanı uşaqara ölkəmizdə uşaq hüquqlarının qorunması, ətraf mühitin mühafizəsi, eləcə də ekoloji qanunvericiliyin əsas tələbləri və uşaqların təbiətdən istifadə hüquqları barədə ətraflı məlumat verilib. 

Maarifləndirici görüşlərin əsas məqsədi uşaqlarda ekoloji bilikləri artırmaq, təbiətə qarşı məsuliyyət hissini gücləndirmək, ətraf mühitin qorunmasının vacibliyini aşılamaq, tullantıların düzgün idarə olunması və ekoloji davranış qaydalarına əməl etmə vərdişlərini formalaşdırmaqdır.



Seçilən
18
ekologiya.az

1Mənbələr