AZ

Cahid Cavadov: Forumda iştirakım yaradıcılığımda və gələcək fəaliyyətimdə xüsusi iz buraxacaq

ain.az bildirir, Azertag portalına istinadən.

Antalya, 5 noyabr, Gülay Nəzərova, AZƏRTAC

Azərbaycan Mədəniyyət Elçilərinin I Forumunda iştirak etmək mənim üçün həm memar, həm də bir rəssam kimi olduqca önəmli və qürurverici bir hadisədir. Düşünürəm ki, bu forum dünyanın bir çox ölkəsindən gələn sənətkarları, musiqiçiləri, rəssamları və müxtəlif yaradıcılıq sahələrində fəaliyyət göstərən gəncləri bir araya gətirməklə, bizə fikir mübadiləsi aparmaq, yeni ideyalar paylaşmaq və yaradıcılığımızı inkişaf etdirmək üçün unikal bir imkan yaratdı.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Mədəniyyət Nazirliyinin təqaüd proqramının qalibi, İstanbul Beykent Universitetidə memarlıq ixtisası üzrə təhsil alan Cahid Cavadov deyib.

"Bu forum vasitəsilə yeni əlaqələrin qurulması, gələcək əməkdaşlıqlar üçün zəmin yaranması da bizim fəaliyyətimizə böyük töhfə verir. Tədbir çərçivəsində keçirilən panellər və müzakirələr yaradıcılıq baxımından bizi daha da ruhlandırır, fikirlərimizi sərbəst şəkildə ifadə etməyə və yeni layihələr üzərində düşünməyə şərait yaradır. İnanıram ki, bu forumda iştirakım yaradıcılığımda və gələcək fəaliyyətimdə xüsusi iz buraxacaq. Bu, mənim üçün həm peşəkar, həm də şəxsi inkişaf baxımından çox dəyərli bir təcrübədir", - deyə Cahid Cavadov bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
1
1
azertag.az

2Mənbələr