AZ

Suraxanıda soyğunçuluq edən şəxs saxlanılıb

Suraxanıda
Noyabrın 3-də paytaxtın Suraxanı rayonunda soyğunçuluq hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, rayon ərazisindəki apteklərin birində çalışan şəxs polisə müraciət edərək 200 manatının tanımadığı şəxs tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyini bildirib.
Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində soyğunçuluq etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 31 yaşlı E.Kərimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
10
9
1news.az

10Mənbələr