AZ

Azərbaycanda hibrid və elektrik avtomobillər kəskin bahalaşacaq - Mütəxəssis AÇIQLADI

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib ki, gələn ildən elektrik avtomobillərin ölkəyə idxalı zamanı ƏDV tutulacaq. Əvvəl isə bildirilirdi ki, yalnız hibrid avtomobillər ƏDV-yə cəlb olunacaq.

Bəs bu addımın avtomobil bazarına təsiri necə olacaq?

Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli Redaktor.az-a danışarkən qeyd etdi ki, əlavə dəyər vergisi ölkə üzrə 18% civarında müəyyənləşdirilib:

"Bu o deməkdir ki, Azərbaycanda ölkə ərazisinə idxal olunan həmin avtomobil vasitələrinin qiyməti üzərinə 18% əlavə artım müşahidə olunacaq. Gömrük sənədləşməsi zamanı tutulan rüsumlar və aksiz vergiləri bura əlavə etsək və əgər bütün bunlarda da dəyişiklik qüvvəyə minsə, bu zaman ölkəyə daxil olan hibrid və elektrik mühərrikli avtomobil vasitələrinin kifayət qədər bahalaşması müşahidə olunacaq".

Ekspertin fikrincə, bu, avtomobil bazarına çox ciddi təsir göstərəcək:

"Hibrid və elektrik mühərrikli maşınlar vergidən azad olduğu üçün qiymətləri nisbətən ucuz idi. Bunların bahalaşması yenidən digər avtomobillərin də ölkədə satışının sürətlənməsinə, canlanmaya və köhnə maşınların da satış qiymətinin bahalaşmasına gətirib çıxaracaq".

Aytəkin TOFİQQIZI

Seçilən
0
2
redaktor.az

3Mənbələr