AZ

Bakı məktəbində biabırçılıq: Oğlanlar tualetdə qızlara baxır – Qapıları niyə yoxdur? / VİDEO

179 saylı orta məktəbdə gigiyenik və təhlükəsizlik baxımından biabırçı vəziyyət hökm sürür. Oğlanların ayaqyolusunun tavanı və arakəsməsi yoxdur, qızların tualetində isə qapılar yoxdur.

NOCOMMENT.az Barometr TV-ya istinadən xəbər verir ki, müəllimlər uşaqlara bu barədə danışsalar, “balınız kəsiləcək” xəbərdarlığı edilib.

Direktor və işçilər məsələyə münasibət bildirməkdən qaçıblar. Direktor Həqiqət Bayramova məsuliyyəti Bakı Şəhəri üzrə Təhsil İdarəsinin üzərinə atıb.

Bakı Şəhər Təhsil İdarəsindən isə bildirib ki,  qızlar üçün nəzərdə tutulan sanitar qovşağın qapısının olmaması deyilsə də, əslində, bu, oğlan üçün nəzərdə tutulmuş sanitar qovşaq olub. Qeyd edilən məsələ ilə bağlı məktəbə baxış keçirilməsi, müvafiq təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur.

Bu vəziyyətin aradan qaldırılması üçün valideynlər və şagirdlər cavab gözləyir…

Seçilən
47
nocomment.az

1Mənbələr