AZ

Kəpəz borc içində batır Ümid Qarabağ a qalıb

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

Cari mövsüm daha böyük büdcə ilə mübarizə aparacağı deyilən, lakin maddi planda toparlanmağı bacarmayan "Kəpəz" futbolçularının maaşlarını ödəyə bilmir.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi hazırda oyunçulara borcludur.

Belə ki, 2,5 milyon manatlıq dövlət yardımına möhtac qalan "sarı-göylər" yayda bəzi komanda üzvlərinin maaşlarını artırdıqları üçün çətin duruma düşüblər. Məsələn, braziliyalı hücumçu Paçunun və malili yarımmüdafiəçi Mahamadu Banın məvacibi təxminən 3000 manat artırılıb. Klubun İdarə Heyətinin sədri Adil Vəliyev maliyyə tapa bilmədiyinə görə camiə ümidini UEFA-nın "Qarabağ"ın Avropadakı parlaq çıxışı səbəbindən Azərbaycan təmsilçilərinə ayırdığı pula dikib. Rəhbərlik 800 min avronun yolunu həsrətlə gözləyir ki, borcları bağlasın.

Kamil Xudiyev

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
2
1
fanat.az

2Mənbələr