AZ

Neftçi nin futbolçusu: Ardıcıl üç qələbəmiz buna təkan olacaq

Sportal.az saytından alınan məlumata görə, ain.az bildirir.

"Neftçi"nin futbolçusu Elvin Camalov Sportal.az saytına açıqlama verib. "Ağ-qaralar"ın yarımmüdafiəçi komandasının Misli Premyer Liqasının 10-cu turunda "Kəpəz"ə 5:1 hesabı ilə qalib gəlməsini şərh edib. O, bununla yanaşı komandasının bu mövsümkü çıxışı haqda danışıb:

"Kəpəz"lə matça da hər oyuna olduğu kimi ciddi hazırlaşmışdıq. Ən vacib məqamlardan biri o idi ki, birinci hissə qol vuraq. Biz də bunu etdik. İkinci hissədə davamı gəldi. Bundan öncəki oyunlarda heç-heçə çox olurdu. Qara zolaqdan çıxmaq üçün bu seriyanı əldə etmək lazım idi. Ardıcıl üç qələbəmiz buna təkan olacaq. Bu seriyanı "Qarabağ"la matçda qoruyub-saxlamaq məsələsinə gəldikdə, hər oyunun öz mahiyyəti var. Sadəcə "Qarabağ"la görüş atmosfer, rəqabət baxımından daha gərgin, daha qəşəng oyun olacaq. Azarkeşlər fərqli görüş izləyəcəklər. "Qarabağ" elə komandadır ki, iki heyətə sahibdir, keyfiyyətli oyunçuları var. Bərabərsəviyyəli oyun olacaq. Əlimizdən gələni edəcəyik ki, qalib tərəf biz olaq. Azarkeşlərə bizi hər oyunda dəstək olduqları üçün təşəkkür edirəm".

 

saytlarin hazirlanmasi

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
14
1
sportal.az

2Mənbələr