AZ

“Zəngəzurda dəmiryol xəttini ABŞ deyil, Azərbaycan bərpa edə bilər”

ain.az, Adelet.az saytına istinadən bildirir.

“Zəngəzur dəhlizində dəmiryol xəttinin bərpası məsələsində Ermənistanın ABŞ ilə danışıqlara başlaması prosesin uzanmasına gətirib çıxara bilər. Halbuki 42 kilometrlik dəmiryol xəttinin çəkilməsi texniki baxımdan mürəkkəb proses deyil. Uzun illər bu ərazidə dəmiryol infrastruktur mövcud olub və həmin xətt Azərbaycanın mülkiyyətində idi”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, birinci Qarabağ müharibəsi zamanı Ermənistan həmin infrastrukturu söksə də, bu gün onun yenidən bərpası üçün zəruri texniki baza və resurslar mövcuddur:

“Azərbaycan artıq öz ərazisində Ermənistanla sərhədə qədər olan dəmiryol xəttini bərpa edib. Zəngəzurda 42 kilometrlik hissənin də Azərbaycan tərəfindən altı ay ərzində yenidən qurulması tam mümkündür. Bunun üçün ölkənin həm maliyyə, həm texniki, həm də logistik imkanları kifayət qədərdir. Əgər Ermənistan bu məsələdə ABŞ ilə deyil, Azərbaycanla birbaşa danışıqlara getsə, dəhlizin reallaşması prosesi daha qısa müddətdə başa çata bilər. Lakin ABŞ-nin prosesə cəlb olunması bu layihənin ən azı iki ilə qədər uzanmasına səbəb ola bilər. Azərbaycan Ermənistan tərəfinə dəmiryolunun birgə bərpası təklifini irəli sürə və regionda kommunikasiya əlaqələrinin açılmasına mühüm töhfə verə bilər”.

Vasif ƏLİHÜSEYN

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
adalet.az

2Mənbələr