AZ

Ayan Kango şirkətindən şikayət etdi Video

Axsham.az saytına istinadən ain.az xəbər verir.

Müğənni Ayan Babakişiyeva "Kango" karqo şirkətindən şikayət edib. 

Axşam.az xəbər verir ki, sənətçi məhsul sifariş etdiyini, evə çatdırma seçdiyini, amma kuryerin məhsulu sona qədər çatdırmadığını bildirib:

"Biabırçılıqdır. Türkiyədən sifariş vermişəm, ünvanımı, bütün məlumatları yazmışam. Orada seçirəm ki, evə çatdır və əlavə ödəniş verirəm. Kuryer zəng edib ki, sifarişi gətirirəm. Ona ünvanı yazmışam. Deyir ki, yuxarı qaldırmıram, həyətdə mühafizəyə verirəm. Başa düşmürəm, mühafizəyə niyə verirsən? Bəlkə sındı, kimdi məsuliyyət daşıyan? "Kango" karqo şirkəti "qapıda al" yazırsa, qapıya gətirməməlidir? Bunu ancaq Azərbaycanda görmüşəm ki, yuxarı qaldırma yoxdur. Yemək sifariş edirsən, gətirib evə vermir? Dirəşib mənimlə. Burada şirkət qurulubsa, mən niyə əlavə pul ödəyirəm? Zəng edirəm şirkətə, qayıdır ki, sizdə "home delivery"di. Bəs bu nə deməkdir? Kuryer dava edir ki, sifarişim çoxdur, qaldırmıram. Mənə nə? Çox sifarişi çatdıra bilmirsənsə, az götür. Vəzifəni özünə yaraşdırmırsansa, öz problemindir. Hər şeyin inkişf etdiyi zəmanədə yaşayırıq. Gülməlidir... Deyirəm ki, çox təcrübəsiz, məsuliyyətsiz bir şirkətsiniz. Hər şeyin inkişaf etdiyi zəmanədə, pulumuzu ödədiyimiz bir zamanda insanın əsəbləri ilə oynayırsınız".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axsam.az_magazine (@axsam.az_magazine)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
99
3
axsam.az

4Mənbələr