AZ

Sərnişinləri 1 saat gözlədən marşrut: AYNA nı da özündən çıxartdı

Lent az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bakıda sərnişinlər 142 nömrəli marşrut avtobuslarının intervalından təngə gəliblər.

Lent.az-ın məlumatına görə, dünən axşam yağışlı havada sərnişinlər 50 dəqiqədən çox həmin avtobusu gözləyiblər.

Onlar bildirirlər ki, havaların sakit keçdiyi vaxtlarda 20 dəqiqədən çox, yağış yağanda isə 50 dəqiqə - 1 saat arasında avtobus gözləməli olurlar. Bu problemləri isə uzun müddətdir ki, həllini tapmır.

AYNA-dan Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, daşıyıcıya xəttin nizamlı fəaliyyətin təmin edilməsi, avtobus parkının yenilənməsi və sərnişin tələbatı nəzərə alınaraq xəttə əlavə nəqliyyat vasitələrinin cəlb olunması barədə tapşırıq verilib:

"Sərnişin tələbatına uyğun olaraq 142 nömrəli marşrutda 9 avtobus 10-12 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir. Marşrutun keçdiyi küçə və prospektlərdə, xüsusən günün pik saatlarında müşahidə edilən nəqliyyat sıxlığı avtobuslararası intervala da təsir göstərir. Buna baxmayaraq daşıyıcıya xəttin nizamlı fəaliyyətin təmin edilməsi, avtobus parkının yenilənməsi və sərnişin tələbatı nəzərə alınaraq xəttə əlavə nəqliyyat vasitələrinin cəlb olunması barədə tapşırıq verilib. Tədbir görülməyəcəyi təqdirdə marşrut müsabiqəyə çıxarılacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
1
lent.az

2Mənbələr