AZ

“Türkiyənin başqa ölkənin ərazisində gözü yoxdur”

ain.az bildirir, Missiya.az portalına istinadən.

“Bizim başqa ölkənin ərazisində, suverenliyində, yeraltı və ya yerüstü sərvətlərində gözümüz yoxdur”.

Missiya.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) toplantısında çıxışı zamanı deyib.

O bildirib ki, biz bütün dost ölkələrin, xüsusən də qonşularımızın suveren hüquqlarına hörmət edirik:

“Türk Silahlı Qüvvələrimiz beynəlxalq hüquq çərçivəsində mövcud olduğu hər bölgədə sülhün, əmin-amanlığın, təhlükəsizliyin, sabitliyin təminatçısı olub. İnşallah Türk Silahlı Qüvvələrimiz harada olursa olsun sülhü, həmrəyliyi, qardaşlığı qorumağa davam edəcək. Türk bayrağı dalğalandığı bütün bölgələrdə tarix boyu olduğu kimi bundan sonra da dostlarında güvən yaratmağa davam edəcək. Buna heç kimin şübhəsi olmasın. Türkmən, ərəb, kürd, sünni, şiə olmasından asılı olmayaraq bütün qardaşlarımız artıq bu tarixi həqiqəti yaxşı bilirlər ”, - deyə Ərdoğan vurğulayıb.

Daşqın HəsənovMissiya.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
missiya.az

2Mənbələr