AZ

Ağstafada Zəfər yürüşü keçirilib - FOTOLAR

8 Noyabr – Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq “Keşikçidağ” Dövlət Tarix-mədəniyyət qoruğu ilə birgə Ceyrançöl düzənliyində keçirilən Zəfər yürüşündə RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, gənc könüllülər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

"Unikal" xəbər verir ki, əvvəlcə ərazinin torpaq-iqlim şəraitinə uyğun olaraq Vətən uğrunda canını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsinə həsr olunan aksiya çərçivəsində ağaclar əkilib, əkilən tinglərə aqrotexniki qaydada qulluq göstərilib.

Sonra qədim adət-ənənələrimizi ehtiva edən at yarışları və oyunlarından nümünələr nümayiş etdirilib. 

“Keşikçidağ” və “Avey” Dövlət Tarix-mədəniyyət qoruqları, Ağstafa Dövlət Rəsm Qalereyası və “Ağstafa Gənclər Evi” sosial xidmət müəssisəsinə məxsus sərgi çadırlarının ziyarəti, həmçinin kiçik yaşlı karateçi, cüdoçu və güləşçilərin nümunəvi idman çıxışları da böyük rəğbətlə qarşılanıb.

Tədbirin rəsmi hissəsi Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.

Giriş nitqi söyləyən RİH başçısı qeyd edib ki, Müzəffər Azərbaycan Ordusunun Zəfər yürüşünün bünövrəsi xalqımızın xilaskarı Ulu Öndər Heydər Əliyevin 32 il öncə 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı zamanı qoyulmuş oldu. Ulu Öndərin siyasi varisi, Onun dövlətçilik prinsiplərinin təməlini günbəgün möhkəmləndirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz suverenliyini tam bərpa etdi, xalqımız əbədi olaraq tarixi Zəfərinə qovuşdu.

“Keşikçidağ” Dövlət Tarix-mədəniyyət qoruğunun müdiri Musa Mursaquliyev, şəhid anası Əminə Babayeva, mədəniyyət işçisi Oruc Mansırov da çıxışlarında Zəfər Gününün tarixi əhəmiyyətindən söz açıblar. 

Qeyd olunub ki, xalq-iqtidar birliyi, milli həmrəylik və dövlətə sədaqət amilləri Azərbaycanın Müstəqilliyini və Suverenliyini əbədi etdi.

Bayram tədbiri mədəniyyət və incəsənət nümayəndələrinin təqdimatında geniş konsert proqramı ilə davam etdirilib.

 

Seçilən
41
23
unikal.az

10Mənbələr