AZ

Bakıda "Fərqliliyin rəngi" festivalı keçirilib

Bakıda "Fərqliliyin rəngi" festivalı keçirilib.

Far.Az xəbər verir ki, tədbirdə 33 dini icma və təşkilatlar – Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsi, Roma Katolik Kilsəsi, Alban-Udi Xristian icması, Azərbaycan Bəhailəri Dini Mərkəzi və digərləri iştirak ediblər.

Bildirilib ki, festival Azərbaycanda formalaşmış tolerantlıq, multikulturalizm, dinlərarası harmoniya və birgəyaşayış dəyərlərinin təbliği məqsədilə təşkil olunub.

Eyni zamanda, tədbir Azərbaycanın çoxmədəniyyətli kimliyini, əsrlər boyu qorunan tolerantlıq ənənəsini və cəmiyyətimizdəki həmrəyliyin gücünü bir daha nümayiş etdirir.

Rəsmi və bədii hissədən sonra festivalda dini icma nümayəndələrinin birgə dua mərasimi olub.

Tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Qeyd edək ki, festival Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və "Global Media Group"un media tərəfdaşlığı ilə "Konstitusiya və Suverenlik İli" çərçivəsində keçirilib.

*** 10:51

"Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində noyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı, ölkəmizdə fəaliyyət göstərən müxtəlif dini konfessiyaların nümayəndələrinin iştirakı ilə "Fərqliliyin rəngi" adlı festival keçirilir.

Bakı Ekspo Mərkəzində təşkil edilən tədbirin məqsədi ölkəmizdəki konfessiyalararası həmrəyliyin, milli birliyin, mənəvi vəhdətin, dini-mədəni müxtəlifliyin unikal nümunəsini təqdim etmək, habelə onların adət-ənənələrinin, mədəni irslərinin inkişafı üçün yaradılan şəraiti nümayiş etdirməkdir.

Festival çərçivəsində dini qurumların fəaliyyətini, dini ənənə və dəyərlərini əks etdirən fotostendlər, ədəbiyyat, geyim nümunələri, əl işləri, eləcə də digər dini məzmunlu materiallardan ibarət sərgilər açılıb.

Festival iştirakçıları əvvəlcə Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Roma Katolik Kilsəsinin Apostol Prefekturası, Dağ Yəhudiləri, Sefarad Yəhudiləri və Avropa Yəhudilərinin Bakı dini icmaları,Azərbaycan Bibliya Cəmiyyəti, Azərbaycan Bəhailəri Dini Mərkəzi, Alban-Udi, Krişna Şüuru, Gürcü pravoslav və Molokan-ruhani xristian dini icmalarıdaxil olmaqla bir çox dini qurumun stendləri ilə tanış olmaq imkanı əldə edəcəklər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayacaq və Azərbaycandakı tolerantlıq mühitini əks etdirən videoçarx nümayiş olunacaq.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini Rafael Hüseynov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov çıxış edəcəklər.

Festival dini konfessiyaların musiqi qruplarının çıxışlarından ibarət bədii hissə ilə davam edəcək.Sonda fəal iştiraklarına görə dini qurumların təmsilçiləri və "AMİN" könüllüləri təşəkkürnamə ilə təltif ediləcəklər.

Seçilən
2
6
far.az

10Mənbələr