AZ

Mehman Şirvanovun atası vəfat edi FOTO

ain.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Vətən müharibəsi​ şəhidi polkovnik-leytenant Mehman Şirvanovun atası vəfat edib.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, şəhidin atası Mirəziz Şirvanov xəstəxanada dünyasını dəyişib.

Bildirilib ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanasında ürək əməliyyatı keçirilən şəhid atası əməliyyatdan bir neçə gün sonra insult keçirib. Bakıdakı xəstəxanaya köçürülən M.Şirvanov bu gün vəfat edib.

Qeyd edək ki, Mehman Şirvanov 2020-ci il 27 sentyabr tarixində Murovdağ döyüşləri zamanı şəhid olub. Lənkəran rayonunun Ürgə kəndində dəfn edilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
4
cebheinfo.az

6Mənbələr