AZ

Gürcü ekspert: Cənubi Qafqazın manevr imkanı azdır

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Birqütblü dünya nizamının dağılmasından sonra beynəlxalq hadisələr son dərəcə sürətlə cərəyan edir.

Digər nüfuzlu qütblər fəallaşır, müharibələr başlayır, əvvəllər yaradılmış status-kvonu dəyişir.

"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, bunu Gürcüstan İctimaiyyətlə Əlaqələr İnstitutunun direktoru Tornike Şaraşenidze deyib.

O qeyd edib:, "Bir çox ölkələr Ukrayna münaqişəsində müxtəlif dərəcələrdə iştirak edir və bu vəziyyət, şübhəsiz, gələcəkdə dünya nizamına təsir göstərəcək. Cənubi Qafqaz da gələcək dəyişikliklərə hazır olmalıdır. Bölgə ölkələrinin manevr imkanları müqayisə olunmayacaq dərəcədə azdır, ona görə də onlar əməkdaşlığı inkişaf etdirməli və çağırışları birgə həll etməlidirlər.

Cənubi Qafqazın coğrafi mənada inkişafların sürətlənməsindən kənarda qala bilmərik. Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına ümidvarıq və regionu təkcə mühüm nəqliyyat qovşağına deyil, həm də sabitlik platformasına çevirəcəyik”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
8
2
cebheinfo.az

3Mənbələr