AZ

Türkiyə və “Qazprom” əməkdaşlığı davam etdirəcəklər

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, mənəblərə istinad edən “Bloomberg” agentliyinin məlumatına görə, “Qazprom” ilə Türkiyənin “Botaş” dövlət şirkəti arasında ildə 21,75 milyard kubmetrədək qaz tədarükünə dair mövcud müqavilələr 2025-ci il dekabrın 31-dək qüvvədədir. Hazırda tərəflər illik tədarük həcminin təqribən 22 milyard kubmetr səviyyəsində saxlanılması imkanlarını müzakirə edirlər. “Danışıqlar Tramp administrasiyasının Rusiyadan enerji idxalını məhdudlaşdırmaq üçün artan təzyiqləri fonunda keçirilir. Keçən ay ABŞ Rusiyanın iki ən böyük neft şirkəti olan “Lukoyl” və “Rosneft”ə qarşı sanksiyalar tətbiq edib. Bundan sonra Türkiyə neft emalı zavodları Rusiyadan neft alışını azaltmağa başlayıb”, - agentlik vurğulayır.

ABŞ Türkiyəni maye qazla təmin edəcək

“Bloomberg” xatırladır ki, Ankara əvvəllər Qərbin Rusiya qazının idxalını azaltmaq çağırışlarına qulaq asmaqdan imtina edib. Rusiya qazı Türkiyəyə ilk növbədə boru kəmərləri şəbəkəsi vasitəsilə uzunmüddətli müqavilələr əsasında tədarük olunur. Lakin sentyabr ayında Türkiyə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı o acmlədən ABŞ ilə bir neçə müqavilə imzalayıb. Agentliyin iddiasına görə, Qara dəniz yataqlarında hasilatın artdığını nəzərə aldıqda, Türkiyə artıq qaz tədarükü ilə üzləşə bilər.

2024-cü ildə “Qazprom”un Türkiyəyə tədarükü təqribən 21,6 milyard kubmetr təşkil etməklə, onu Rusiya boru kəməri qazının Çindən sonra ikinci ən böyük alıcısına çevirib. Yeri gəlmişkən, Amerika lideri Donald Trampın çağırışına rəğmən, oktyabrın əvvəllərində Türkiyənin Energetika naziri Alparslan Bayraktar Ankaranın Rusiyadan təbii qaz alışını dayandırmayacağını bəyan edib. Sahil İsgəndərov

AzVision.az Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
azvision.az

2Mənbələr