Redaktor.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
"Beyin ölümü və koma bir-birindən tam fərqli anlayışlardır".
Redaktor.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova qeyd etdi.
Onun sözlərinə görə, beyin ölümü insanın ölüm anı hesab olunur:
"Tənəffüs mərkəzi uzunsov beyində yerləşir və beyin şişməsi nəticəsində sıxılarsa, tənəffüs dayanır. Belə şəxs yalnız süni tənəffüs aparatına bağlı şəkildə qısa müddət maksimum 72 saat yaşaya bilir. Bu müddətdən sonra ürək dayanır,” - deyə o izah etdi.
Abbasovanın sözlərinə görə, koma isə beyin qabığının zədələnməsi nəticəsində yaranır və bu vəziyyətdə olan pasiyentlər aylar, hətta illərlə yaşaya bilirlər:
“Komadakı şəxsin tənəffüsü var, aparat sadəcə köməkçi rol oynayır. Uşaqlarda isə komatoz vəziyyət 3 aydan 9 aya qədər davam edə bilər, sonra ya bitkisayal vəziyyətə keçir, ya da ayılır”.
Nuriyyə NATİQQIZI
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.