AZ

İnyesta Yamala qahmar çıxdı Hər həftə onu izləmək əladır

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Barselona"nın sabiq yarımmüdafiəçisi Andres İnyesta Kataloniya klubunun 18 yaşlı ulduzu Lamin Yamalı dəstəkləyib. 

Fanat.Az xəbər verir ki, İnyesta "Marca"-ya açıqlamasında İspaniya mətbuatının təzyiqi ilə üzləşən Yamalla bağlı fikirlərini belə dilə gətirib:

"Yamalın cəmi 18 yaşı var, ona görə də öyrənməyə və təkmilləşməyə, səhvlər buraxmağa, bu yolda böyüməyə davam etməlidir. İnsan diqqət mərkəzində olanda hər bir detal dərhal tənqidə səbəb olur. Düşünürəm ki, dedi-qodu əvəzinə hər həftə Laminin oyununu izləmək daha əladır", - İnyesta əlavə edib. 

Xatırladaq ki, bu mövsüm Lamin Yamal "Barselona"nın heyətində bütün turnirlərdə 9 oyun keçirib, 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
fanat.az

2Mənbələr