AZ

Sosial pedaqoqların sayı artırılacaq - Rəis müavini

Bakı. Trend:

Hazırda sosial pedaqoqların bir mexanizm kimi formalaşmasıdövrünü yaşayırıq.

Trend xəbər verir ki, bu barədə Elm və TəhsilNazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini GünelSəfərova Təhsil TV-nin "Təhsil saatı" proqramında deyib.

O bildirib ki, bu mərhələ çox önəmlidir, çünki gələcəkdə sosialpedaqoqların peşəkar sosial işçilərə çevrilməsi əsas məqsədlərdənbiridir. Azərbaycanda sosial işçi platformasının formalaşdırılmasıvə bu sahədə ixtisaslı kadrların hazırlanması istiqamətində dəişlər aparılır.

Rəis müavini qeyd edib ki, hazırda sosial pedaqoqların sayıhələlik kifayət qədər olmasa da, bu proses mərhələli şəkildə davametdirilir. Onun sözlərinə görə, daimi icması olan məktəblərdəneqativ hallar daha az müşahidə olunur, çünki icma üzvləri buməsələlərin həllinə yaxından qoşulurlar.

“Bir kənddə bir məktəb varsa, orada hamı bir-birini tanıyır,hörmət edir. Belə mühitdə kiminsə uşağına qarşı hər hansı fizikizorakılıq halı baş verərsə, icma dərhal müdaxilə edir və məsələ çoxvaxt yerində həll olunur. Amma dəyişkən icmaların olduğuməktəblərdə sosial pedaqoqların müdaxiləsinə daha çox ehtiyacyaranır”, – deyə Günel Səfərova əlavə edib.

O vurğulayıb ki, sosial pedaqoqlar ailənin sosial və psixolojivəziyyətini, valideynin himayə səviyyəsini, eləcə də uşağınməktəbdəki davranışını və adaptasiyasını müşahidə edirlər.

“Onlar məktəblə ailə arasında körpü rolunu oynayırlar”, – rəismüavini qeyd edib.

Seçilən
28
1
az.trend.az

2Mənbələr