AZ

Ərdoğan Demirtaşın azadlığa buraxılması məsələsinə münasibət bildirdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş barəsində çıxardığı hökmə münasibət bildirib.

Musavat.com xəbər verir ki, Ərdoğanın sözlərinə görə, Türkiyə məhkəmə sisteminin bu məsələdə qərar verəcəyi hər şey həyata keçiriləcək.

AİHM daha əvvəl Dəmirtaşın azadlığa buraxılması barədə qərar verib. Siyasətçi 2014-cü ildə Kobani etirazlarına görə 42 il həbs cəzasına məhkum edilib və 9 ildir ki, həbsdə qalır.

Musavat.com

Seçilən
40
2
musavat.com

3Mənbələr