Qol.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
“Sabah”ın U-19 komandası bu gün UEFA Gənclər Liqasında növbəti oyuna çıxacaq.
QOL.az xəbər verir ki, Azərbaycan təmsilçisi 2-ci təsnifat mərhələsinin cavab matçında Fransanın “Nant” klubu ilə qarşılaşacaq. “Bank Respublika Arena”da keçiriləcək görüşə saat 17:00-da start veriləcək.
Xatırladaq ki, “Sabah” Fransada keçirilən ilk oyunda rəqibinə 0:5 hesabıyla uduzub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.