AZ

Papa Leo ABŞ Venesuela gərginliyində dialoqun vacibliyini bildirib

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Vatikan, 5 noyabr, AZƏRTAC

ABŞ və Venesuela arasındakı gərginlikdə dialoq axtarmalıyıq.

AZƏRTAC xəbər verir ki, bunu Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo deyib.

“Bir ölkənin sülhü qorumaq və onu qurmaq üçün orduya sahib olmaq hüququ var. Bu halda, vəziyyət bir az fərqli görünür. Gərginlik artır, amma zorakılıqla qalib gələ bilmərik. Dialoq axtarmalıyıq. Çünki bu, problemləri həll etməyin doğru yoludur”, - deyə pontifik bildirib.

Papa Leo Yaxın Şərqdəki vəziyyətlə bağlı isə bunları deyib: “Tanrıya şükür olsun ki, sülh müqaviləsinin birinci mərhələsi davam edir, lakin vəziyyət hələ də çox kövrəkdir. İkinci mərhələyə keçməyə çalışmalıyıq. İordan çayının qərb sahilindəki yaşayış məntəqələrinin vəziyyəti mürəkkəbdir. Bütün xalqlarla bağlı ədalətin təmin olunması üçün birlikdə səylər göstərməyə çalışmalıyıq”.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Vatikan

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
1
azertag.az

2Mənbələr