AZ

Qrossi: ” İran AEBA müfəttişləri ilə əməkdaşlıq etməlidir” 

Vətəninfo.az xəbər verir ki, bu gün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi “Financial Times” qəzetinə müsahibədə, İranın Qərblə gərginliyi artırmamaq məqsədilə BMT müfəttişləri ilə əməkdaşlığını ciddi şəkildə təkmilləşdirməli olduğunu bildirib.

Qrossi, İran-İsrail müharibəsinin iyun ayında başlamasından bəri agentliyin İranda təxminən 12 yoxlama apardığını, ancaq ABŞ-nin hücumları nəticəsində bombalanan Fordo, Nətənz və İsfahan kimi mühüm nüvə obyektlərinə giriş icazəsi verilmədiyini açıqlayıb.

Onun sözlərinə görə, bu hücumlar obyektlərə ciddi ziyan vurmasına baxmayaraq, 408 kiloqram silah dərəcəli uranın taleyi hələ də qeyri-müəyyən olaraq qalır. Qrossi, müfəttişlərin işini bərpa etməyin vacibliyini vurğulayıb.

Seçilən
44
veteninfo.az

1Mənbələr