AZ

Luvrun 7 dəqiqəyə talanmasına səbəb olan PAROL – Köhnə sistem muzeyi VİRAN QOYDU

Luvrdakı bütün video nəzarət sistemləri üçün parol məlum olub. 

İnterpress.az xəbər verir ki, bu barədə Fransanın “Libération” qəzeti məlumat yayıb.

Parisdəki Luvr muzeyinin video müşahidə sisteminin parolunun sadə “Louvre” olduğu və təhlükəsizlik proqram təminatının 2003-cü ildə alınan, artıq dəstəklənməyən proqram üzərində işlədiyi bildirilib.

Bu məlumatlar 2025-ci il oktyabr ayında muzeydən oğurluq hadisəsindən sonra ictimailəşib.

Hadisə nəticəsində Napoléon III-ün həyat yoldaşına aid olan taç da daxil olmaqla bir sıra qiymətli əşyalar oğurlanıb.

Oğurluqla bağlı maddi sübutlar və videoçəkilişlər istintaqa əlavə edilib.

Muzeyin rəhbərliyi və Fransanın vəzifəli şəxsləri təhlükəsizlik boşluqlarını etiraf edib.

Məsələ ilə bağlı daha geniş araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
43
interpress.az

1Mənbələr