AZ

Zəngəzurda dəmiryol xəttini Azərbaycan bərpa edə bilər- ÖZƏL

"Zəngəzur dəhlizində dəmiryol xəttinin bərpası  üçün Ermənistan ABŞ -la danışıqlar aparacaq. Bu da vaxtın uzanması deməkdir. 42 km yaxın dəmir yol xəttinin çəkilməsi prinsipcə çətin proses deyil. Uzun illər Zəngəzurda dəmiryol xətti işlək olub. Həmçinin bu dəmiryolu Azərbaycanın mülkiyyətində olub. Birinci Qarabağ müharibəsində Ermənistan yol infrastrukturunu söküb. Buna baxmayaraq dəmiryolun yenidən bərpa etmək üçün infrastruktur var". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: 
"Ermənistan hakimiyyəti ABŞ-la deyil, Azərbaycanla bu məsələdə danışıqlar aparıb, dəmir yolunun tez bir vaxtda çəkilməsinə nail ola bilər. Azərbaycan Ermənistanla sərhəddə qədər dəmiryolunu bərpa edib. Zəngəzurda 42 km. dəmiryolunu Azərbaycan altı aya bərpa etməsi mümkündür. Bunun üçün tam resursları var. Amma, Ermənistan və ABŞ arasında bu müstəvidə danışıqlar aparılsa proses iki ilə yaxın çəkəcək. Azərbaycan Ermənistana müraciət edib, dəmiryolunun birgə cəkilməsini təklif edə bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
29
olaylar.az

1Mənbələr