Moldova hökuməti Kişinyovda “Rus Evi”nin fəaliyyəti ilə bağlı sazişi denonsasiya edən qanun layihəsini təsdiqləyib.
Sitat.info xəbər verir ki, qərar yeni Nazirlər Kabinetinin ilk iclasında qəbul edilib.
Qeyd edək ki, iki ölkə arasında qarşılıqlı anlaşma 2021-ci ildə Moldovada hakimiyyət dəyişikliyindən sonra pisləşməyə başlayıb. 2023-cü ildə onlarla rusiyalı diplomat ölkədən qovulub, “Rus Evi”ndə yalnız bir ezam olunmuş işçi qalıb.