AZ

Putin-Tramp sammiti üçün şərtlər yerinə yetirilməyib - Ryabkov

Rusiya Prezidenti Vladimir Putin və ABŞ-li həmkarı Donald Tramp arasında yeni sammit üçün lazımi şərtlər yerinə yetirilməyib.Missiya.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib."Gündəmimiz genişdir və təhlükəsizliklə bağlı məsələlər gündəmin mərkəzindədir. Ən yüksək səviyyədə keçirilən istənilən görüş hərtərəfli hazırlıq tələb edir. Belə bir görüş üçün heç bir şərt bu günə qədər yerinə yetirilməyib. Bu mərhələdə iki liderin avqust ayında Ankoricdə formalaşdırdığı çərçivəni konkret detallarla doldurmaq bizim üçün vacibdir",- Ryabkov qeyd edib.

İlahə QənbərliMissiya.Az

Seçilən
4
1
missiya.az

2Mənbələr