AZ

Laçın və Kəlbəcərdəki KSES-lərin enerjisistemə inteqrasiyasına 300 min manat ayrılıb

Bakı. Trend:

Laçın və Kəlbəcər rayonlarında yerləşən kiçik su elektrikstansiyalarının (KSES) enerjisistemə inteqrasiyasınabaşlanılır.

Trend-inməlumatına görə, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıqbununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Belə ki, ASC sözügedən işlərin icrasını “Enerji Qrup” MəhdudMəsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.Müqaviləyə əsasən, MMC-yə 300,5 min manat ödənilib.

Qeyd edək ki, Qarabağda və Şərqi Zəngəzurda son 5 il ərzində30-dan çox su elektrik stansiyası inşa edilib. Onların toplamgenerasiya gücü 300 meqavatdan çoxdur. Günəş və külək elektrikstansiyalarının inşası gedir. Bu yaxınlarda Cəbrayıl rayonunda 100meqavatlıq iki stansiyanın təməli qoyulub. O stansiyaların yanında240 meqavat gücündə üçüncü Günəş elektrik stansiyası inşa edilir.Bütövlükdə 2030-cu ilə qədər günəş, külək və su elektrikstansiyalarının generasiya gücü 6 min meqavata çatdırılacaq.

Seçilən
21
3
az.trend.az

4Mənbələr