AZ

İsrail daha 15 fələstinlinin meyitini Qəzzaya təhvil verib

Bakı. Trend:

İsrail hökuməti Yaxın Şərq atəşkəs razılaşması çərçivəsindəQəzzanın Səhiyyə Nazirliyinə daha 15 fələstinlinin nəşini təhvilverib.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, meyitlər artıq anklavın cənubunda yerləşən Nasirxəstəxanasına (Xan-Yunus rayonu) çatdırılıb və orada tezlikləşəxsiyyətin müəyyən edilməsi prosesinə başlanılacaq.

Beləliklə, atəşkəs sazişi çərçivəsində Qəzzaya təhvil verilənfələstinli meyitlərin sayı 285-ə çatıb.

Məqalədə:
Seçilən
33
az.trend.az

1Mənbələr