AZ

“Cənubi Qafqazdakı vəziyyət daimi diqqət tələb edir” - Sergey Şoyqu

“Cənubi Qafqazdakı vəziyyət daimi diqqət tələb edir”.

Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu erməni həmkarı Armen Qriqoryanla görüşü zamanı deyib.

"Saatlarımızı sinxronlaşdırmaq bizim üçün vacibdir. Son hadisələrlə regionda, ümumiyyətlə Cənubi Qafqazda baş verən müxtəlif hadisələrlə bağlı hər şey bizim daimi diqqətimizi və məsləhətləşmələrimizi tələb edir", - deyə siyasətçi vurğulayıb.

Qriqoryan da öz növbəsində bildirib ki, regiondakı vəziyyətlə bağlı təfərrüatları təqdim etməyə hazırdır.

Qeyd edək ki, Şoyqu bu gün Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla da görüş keçirəcək.

Daşqın HəsənovMissiya.Az

Seçilən
25
2
missiya.az

10Mənbələr