AZ

ADY-dən sərnişinlərə çağırış

Ölkə ərazisində müşahidə olunan yağışlı hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

“İki sahil” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.

Bildirilib ki, hazırda qatarlar qrafik üzrə hərəkət edir, əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir:

“Sərnişinlərimizi platformalarda hərəkət edərkən, dəmiryol keçidlərindən keçərkən diqqətli olmağa çağırırıq. Təhlükəsizliyimiz üçün həmrəy olaq”.

Seçilən
5
13
ikisahil.az

10Mənbələr