Xəbər verdiyimiz kimi, ötən gün Goranboy rayonunun Qarasüleymanlı kəndində 2008-ci il təvəllüdlü qızın nişan mərasiminin qarşısı alınıb.
Redaktor.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev sözügedən məsələ ilə bağlı valideynlərə çağırış edib.
"Goranboyda 16 yaşlı qızın nişan mərasimi dayandırıldı.
Əziz valideynlər, etməyin, bu, hüquq pozuntusudur. Övladınızı təhsildən ayırmayın, gələcəyini qurban verməyin", - deyə DİN rəsmisi bildirib.