AZ

Qubada genişmiqyaslı qanvermə aksiyası təşkil olundu - FOTOLAR

Quba şəhərində könüllü donorluğun təşviqi məqsədilə genişmiqyaslı qanvermə aksiyası təşkil olundu.

QHT.az xəbər verir ki, bu barədə məlumatı "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimova bildirib. Onun sözlərinə görə, Qubada “Konstitusiya və Suverenlik İli” çərçivəsində talassemiyalı və hemofiliyalı xəstələrə köməklik göstərilməsi məqsədilə qanvermə aksiyası keçirilib:

"4 noyabr 2025-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin və Səhiyyə Nazirliyi Respublika Qan Bankının birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr - Zəfər Günü ilə əlaqədar talassemiyalı və hemofiliyalı xəstələrə köməklik göstərilməsi məqsədilə Səhiyyə Nazirliyi Respublika Qan Bankının Quba bölməsində qanvermə aksiyası keçirilmişdir".

QHT sədri həmçinin bildirib ki, qanvermə aksiyasında Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, RİHB-nın İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, din xadimləri, habelə rayon ictimaiyyətinin digər nümayəndələri iştirak etmişdir:

"Bir Şəhid anası kimi aksiyada iştrak etdim. Düzdü mənə hörmət əlaməti olaraq qan almadılar, amma yenədə bu aksiyada olmağımdan məmnun oldum."

Seçilən
26
qht.az

1Mənbələr