AZ

Kreml: Moldova Rusiya ilə əlaqəli hər şeyi inkar etməyə davam edir

Moldova Rusiya ilə əlaqəli hər şeyi inkar etməyə davam edir.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.


Onun sözlərinə görə, rəsmi Kişinyov bunu Moldova əhalisinin əhəmiyyətli hissəsinin maraqlarının ziyanına edir.


"Moldova rəhbərliyinin ölkəmizə qarşı düşmənçilik etməyə, ölkəmizlə əlaqəli hər şeyi inkar etməyə davam etməsi, əhalinin əhəmiyyətli bir hissəsinin, bəlkə də əksər hissəsinin maraqlarına xələl gətirməsi çox təəssüf doğurur. Bu, çox pisdir. Yalnız təəssüf ifadə etmək olar", - deyə Kremlin rəsmi nümayəndəsi Moldova hökumətinin Rusiya Elm və Mədəniyyət Mərkəzinin- Rus Evinin fəaliyyəti ilə bağlı razılaşmanı ləğv etmək üçün qanun layihəsini təsdiqləməsini şərh edərkən bildirib.

Seçilən
31
2
apa.az

3Mənbələr