AZ

Moldova Rusiya Evini BAĞLAYIR - Peskov dərhal REAKSİYA VERDİ

Aleksandr Muntyanunun başçılıq etdiyi yeni Moldova hökuməti ilk iclasında “Rus evi” kimi tanınan Rusiya Elm və Mədəniyyət Mərkəzini bağlamaq qərarına gəlib.

Musavat.com xəbər verir ki, müvafiq qətnamə yekdilliklə qəbul edilib.

Mədəniyyət naziri Kristian Jardan bildirib ki, mərkəz 1998-ci ildə Rusiya və Moldova arasında mədəni əməkdaşlığı tənzimləyən saziş əsasında açılıb. Sazişin müddəti 2026-cı ilin iyulunda bitir və Kişinyov rəhbərliyi onu yeniləməmək qərarına gəlib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu cür addımların Moldova vətəndaşlarının zərərinə atıldığını qeyd edib. O əlavə edib ki, Kreml Kişinyovun qərarına təəssüf hissi ilə yanaşır.

Musavat.com

Seçilən
49
musavat.com

1Mənbələr