AZ

“Sabahın alimləri"nə qeydiyyat başlayır

5 noyabrdan etibarən “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinə qeydiyyat başlayır.

“Cebheinfo.az” xəbər verir ki, ABŞ-nin Society for Science təşkilatı tərəfindən təşkil olunan Beynəlxalq Elm və Mühəndislik Sərgisi (ISEF) çərçivəsində ölkəmizdə “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsi keçiriləcək.

Müsabiqənin əsas məqsədi Azərbaycan Respublikasında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması çərçivəsində 9 istiqamət (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) üzrə elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkar olunmasıdır.

Müsabiqədə iştirak etmək istəyən şagirdlər 5 noyabr 15:00-dan etibarən 26 dekabr 17:00-dək https://anket.edu.az/user/281 (Sorğuların idarə olunması) platforması üzərindən qeydiyyatdan keçməli və formaları göndərərək qeydiyyatı tamamlamalıdırlar.

Müsabiqə ilə bağlı qayda və formaları, eyni zamanda əlavə məlumatı https://sabahinalimleri.edu.az/ və (https://arti.edu.az/) portalından əldə edə bilərsiniz.

Müsabiqədə yüksək elmi-tədqiqat nəticələri əldə edən Azərbaycan məktəbliləri Amerika Birləşmiş Ştatlarında keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində (ISEF) iştirak edəcəklər.

Seçilən
4
7
cebheinfo.az

8Mənbələr