“Show TV”də yayımlanan məşhur “Kızılcık şerbeti” serialının aktyor heyətindəki dəyişikliklər bəlli olub.
Musavat.com xəbər verir ki, gələn həftə layihə ilə Sıla Türkoğlu, Ece İrtem, Emrah Altıntoprak və Batuhan Yüzgüleç vidalaşacaq.
Seriala yaxın zamanda “Hikmet” obrazı ilə Macit Koperlə yanaşı, daha dörd yeni aktyor qoşulur.
114-cü bölümdə 6 aylıq zaman atlaması olacaq və bu bölümdə məşhur aktrisa Seray Kaya seriala daxil olacaq. O, güclü və nüfuzlu biznes xanımı “Başak” obrazını canlandıracaq.
Serialın əsas adları ilə qarşı-qarşıya gələcək digər yeni sima isə tanınmış aktyor Hakan Karahan olacaq. O, Tuncay adlı iş adamı rolunu oynayacaq və Ömer (Barış Kılıç) ilə ciddi münaqişə yaşayacaq.
Eyni zamanda, məşhur aktrisa Özge Borak layihəyə Salkım obrazı ilə qatılır. Onun canlandırdığı Salkım, Aponun (Ahmet Mümtaz Taylan) yeni həyat yoldaşı olacaq.
113-cü bölümdən etibarən serialda Yalçın Hafızoğlu “Emir” obrazı ilə görünəcək. Gənc aktyorun canlandırdığı obrazın Çimen (Selin Türkmen) ilə yaxın münasibət quracağı bildirilir.
Könül
Musavat.com