AZ

Sumqayıt sakinlərində narazılıq yaradan köşk hansı məmurundur? - ŞOK İSİM

Sumqayıtda şəhərin ümumi görünüşünə zidd olan köşklər quraşdırılır.
 
Sakinlərin narazılığına səbəb olan köşk 21-ci məhəllədə bina 2/11-in qarşısında quraşdırılıb. 

Narazı sakinlər bildirirlər ki, bu köşk piyadaların hərəkətinə mane olmaqla yanaşı, eyni zamanda şəhərin görünüşünü də korlayır. 

Sakinlər qeyd edir ki, köşkün ərazidən götürülməsi ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə və Sumqayıt Bələdiyyəsinə müraciət etsələr də, müraciətləri cavabsız buraxılıb.
 
Məlumatda digər iddialardan biri isə narazılıq yaradan köşkün Sumqayıt Şəhər İcra Hakimiyyətinin şöbə müdirlərindən birinə aiddir. 
 
Qlobal.az məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən mövqe öyrənə bilməyib. /Qlobal.az
 
 
 

Seçilən
41
7news.az

1Mənbələr