AZ

Ən çox kitab oxuyan ölkələr açıqlandı - Azərbaycanın siyahıdakı yeri

“World Population Review” dünyada ən çox kitab oxuyan ölkələrin siyahısını açıqlayıb.
Teleqraf xəbər verir ki, siyahıya ABŞ liderlik edir.
Siyahının ilk onluğu belədir: ABŞ, Hindistan, Böyük Britaniya, Fransa, İtaliya, Rusiya, Avstraliya, İspaniya, Niderland və İsveçrə.
Cənubi Qafqaz ölkələrinə gəlincə, Gürcüstan siyahının 62, Ermənistan 63, Azərbaycan isə 82-ci pilləsində qərarlaşıb.
Digər qonşu ölkələrdən İran 21, Türkiyə isə 29-cudur.
Kitaba ən az diqqət yetirən ölkələrin siyahısında isə Əfqanıstan, Bruney, Pakistan, Səudiyyə Ərəbistanı və BƏƏ yer alıb.
Seçilən
4
2
sherg.az

3Mənbələr