Bu axşam UEFA Çempionlar Liqasında Liqa mərhələsinin dördüncü turunun son oyunları keçiriləcək.
Gecənin ilk əsas qarşılaşmasında “Qarabağ” Bakıda “Çelsini qəbul edəcək.
İzləyicilər bu oyunu 21:45-dən etibarən “CBC Sport” TV-də izləyə biləcəklər.
Günün digər maraqlı qarşılaşmalarında isə “Ayaks” Niderlandda “Qalatasaray”ı, “Mançester Siti” isə İngiltərədə “Borrusiya Dortmund”u qəbul edəcəklər.
“Ayaks” – “Qalatasaray” oyunu “CBC Sport” TV-də, “Mançester Siti” – “Borussiya Dortmund” oyunu isə İctimai TV-də yayımlanacaq. /Oxu.az/
UEFA Çempionlar Liqası
IV tur
5 noyabr
Saat 21:45, “Qarabağ” – Çelsi (“CBC Sport” TV).
6 noyabr
Saat 00:00, “Ayaks” – “Qalatasaray” (İctimai TV, TRT 1);
Saat 00:00, “Mançester Siti” – “Borussiya Dortmund” (“CBC Sport” TV).