AZ

"İnkişaf üçün kənd gəncləri ilə birlikdə" layihəsi keçirilib (31.01.2025)

Azərbaycan Respublikası Gənclər vəİdman Nazirliyinin maliyyə dəstəyi ilə "Gənc Fəallar və Liderlər Alyansı" İctimai Birliyi tərəfindən həyata keçirilən "İnkişaf üçün kənd gəncləri iləbirlikdə" layihəsi uğurla başa çatıb.

İnformator.az xəbər verir ki, layihə çərçivəsindəİsmayıllı, Göyçay, Qəbələ rayonlarında və2024-cü ilin "Gənclər paytaxtı" olan Lənkəran şəhərində təlimlər təşkil olunub.

Hər rayonda iki gün davam edən sessiyalarda təlimçi Günel Alızadə tərəfindən özünü tanıma, zamanı düzgün idarəetmətexnikaları, stresin idarə olunması, emosional düşüncə, münaqişələrin həlli, effektiv ünsiyyət texnikaları və digər əsas həyat bacarıqlarını əhatə edən 16 fərqli mövzuda təlimlər keçirilib.

Təlimlər interaktiv metodlarla – oyunlar, qrup işləri, enerjiləndirici fəaliyyətlər vəpraktiki sessiyalar vasitəsilə həyata keçirilib.

Layihədən ümumilikdə 100-dən çox region gənci faydalanıb.Təşkilatçılar bildiriblər ki, layihənin məqsədi kənd gənclərinin şəxsi inkişafına vəsosial bacarıqlarının artırılmasına dəstək olmaqdır.

Bu kimi proqramların gələcəkdə dədavam etdirilməsi planlaşdırılır.

"İnkişaf üçün kənd gəncləri ilə birlikdə" layihəsinin icrasına başlanılıb

Azərbaycan Respublikası Gənclər vəİdman Nazirliyinin maliyyə dəstəyilə "Gənc Fəallar və Liderlər Alyansı" İctimai Birliyi tərəfindən keçirilən "İnkişaf üçün kənd gəncləri iləbirlikdə" layihəsi çərçivəsində ilk təlimlər İsmayıllı vəGöyçay rayonlarında baş tutub.

Layihə çərçivəsində hər bir rayonda iki gün olmaqla, zamanı düzgün idarə etmətexnikaları, stresin idarə olunması, emosional düşüncə, münaqişələri idarə etmə və həlli yolları, effektiv ünsiyyət texnikalarıkimi əsas həyat bacarıqlarını əhatə edən 16 müxtəlif mövzuda təlimlər, oyunlar, qrup işləri, enercayzerlər və digər praktiki sessiyalar təşkil olunub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Regionlarda gənclərin karyera və şəxsi inkişafına yardım üzrə layihə icra olunur (16.06.2024)

"Elitar Gənc Biznesmenlər Mərkəzi” İctimai Birliyi "Kənd yerlərində gənclərin karyera və şəxsi inkişafına yardım” layihəsinin icrasına başlayıb.

8-9 iyun tarixlərindəGöyçayda keçirilən təlimlərdəiştirakçılar üçün müxtəlif nəzəri vəpraktiki sessiyalar vasitəsilə karyera planlamasına yardım məqsədilə testlər və dəyərləndirmələr təşkil olunub, nəticələrə əsasən müvafiq məsləhətlər verilib. Oyunlar, qrup işləri təşkil olunub.

Layihənin məqsədi texnologiyanın inkişafı sayəsində lokal vəqlobal əmək bazarına daxil olan yeni peşələrin region gəncləri arasında tanıdılması, onların həmin peşələrəuyğunluğunun ölçülməsi, eləcə də iş axtarma, əmək bazarında layiqli mövqe tutmaya yönəlmiş karyera məsləhəti xidmətinin göstərilməsidir.

Layihə çərçivəsində növbəti təlimlərin Qəbələ vəİsmayıllı rayonlarında keçirilməsi planlaşdırılır.

Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

"Kənd yerlərində gənclərin karyera və şəxsi inkişafına yardım” layihəsi start götürüb (12.08.2024)

"Elitar Gənc Biznesmenlər Mərkəzi” İctimai Birliyi regionlarda "Kənd yerlərində gənclərin karyera və şəxsi inkişafına yardım” layihəsinin icrasına başlayıb.

Layihə çərçivəsində ilk təlimlər Göyçay rayonunda baş tutub. 2 günlük təlimlər müddətindəiştirakçılar üçün müxtəlif nəzəri vəpraktiki sessiyalar vasitəsilə onların yumşaq vətexniki bacarıqlarının inkişafı istiqamətində fəaliyyətlər keçirilib. Gənclərin karyera planlamasına yardım məqsədilə müxtəlif testlər və dəyərləndirmələr təşkil olunub, nəticələrə əsasən müvafiq məsləhətlər verilib.

Layihənin əsas məqsədi texnologiyanın inkişafı sayəsində lokal vəqlobal əmək bazarına daxil olan yeni peşələrin region gəncləri arasında tanıdılması, onların həmin peşələrəuyğunluğunun ölçülməsi, eyni zamanda yumşaq bacarıqlarının inkişafı istiqamətində təlimləndirilməsi, eləcə də iş axtarma, əmək bazarında layiqli mövqe tutmalarına yönəlmiş karyera məsləhəti xidmətinin göstərilməsidir. Layihə çərçivəsində müxtəlif mövzulara toxunularaq təlimlər, oyunlar, qrup işləri, enercayzerlər və digər praktiki sessiyalar təşkil olunur.

Layihə çərçivəsində növbəti təlimlərin Qəbələ vəİsmayıllı rayonlarında keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, layihə"Elitar Gənc Biznesmenlər” Mərkəzi İctimai Birliyinin təşəbbüsü,Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi təşkilati dəstəyi ilə həyata keçirilir.

Seçilən
43
1
7news.az

2Mənbələr