AZ

Rusiyadan buğda daşıyan qatar Azərbaycandan Ermənistana yola düşdü

"Ermənistan hökuməti Rusiyadan buğda daşıyan qatarın Azərbaycan ərazisindən keçməsində rəsmi Bakının göstərdiyi səyləri yüksək qiymətləndirib".

Avtosfer.az xəbər verir ki, bu barədə Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan "Armenpress"ə bildirib.

O qeyd edib ki, yaxın zamanda buğda daşıyan qatar Ermənistana çatacaq:

"Rusiyadan Ermənistana gedən buğda yüklü qatar artıq Azərbaycan ərazisindən Gürcüstan istiqamətində keçib. Rusiya buğdasını daşıyan qatar tezliklə Ermənistana çatacaq. Fürsətdən istifadə edərək, azərbaycanlı və rusiyalı həmkarlarımın bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirdiyimi bildirmək istərdim. Bu hadisə qarşılıqlı etimadın möhkəmləndirilməsi və sülh gündəliyinin irəlilədilməsi üçün böyük əhəmiyyətə malikdir", - deyə Qriqoryan bildirib.

Seçilən
34
1
avtosfer.az

2Mənbələr