AZ

9 ayda sərxoş halda avtomobil sürməyə görə baş verən qəzalarda 5 nəfər ölüb

Aparılmış təhlillər göstərir ki, bu ilin 9 ayı ərzində sərxoş vəziyyətdə avtomobil idarə edilməsinə görə baş verən 6 qəzada 5 nəfər ölüb, 2 nəfər xəsarət alıb...

APA-nın əldə etdiyi məlumata görə, ötən ilin eyni dövründə sərxoş vəziyyətdə avtomobil idarə edilməsinə görə isə 17 qəzada 8 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

İl ərzində DYP əməkdaşları tərəfindən respublika ərazisində sərxoş vəziyyətdə avtomobil idarə etdiyinə görə 9 407 fakt aşkarlanıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 621 fakt çoxdur.

Məlumata görə, bu statistika 9 407 potensial təhlükənin, ölüm və xəsarətin qabaqlayıcı tədbiridir ki, həmin sərxoş sürücülər hərəkətdən kənarlaşdırılıb. Faktlar göstərir ki, profilaktik nəzarətin gücləndirilməsi, DYP əməkdaşlarının xidmət rejiminin artırılması və narkoloji testlərin tətbiqi qanun pozuntularının vaxtında müəyyən edilməsində mühüm rol oynayıb. Davranışlarında şübhə doğuran sürücülərdə aparılan narkoloji və tibbi müayinələr onların vəziyyətinin operativ qiymətləndirilməsinə və potensial təhlükələrin qarşısının alınmasına yönəlib.

Təhlillərə görə, yollarda hadisələr təkcə ölümlə yekunlaşmır, sürücülərin, sərnişinlərin və piyadaların xəsarət almaları, sağlamlıqlarını və əmək qabiliyyətlərini itirmələri faktları ömürlük məhrumiyyətlərə, yatağa düçar olmalarına səbəb olur.

Belə ki, bu il 905 yol-nəqliyyat hadisəsində xəsarət alan 757 nəfərdən 147-si ömürlük sağlamlığını itirib.

Bu hadisələrin baş verməməsi üçün narkoloji testlər, təşkil olunan profilaktik reydlər, gücləndirilmiş xidmət rejimi və radar sistemləri ictimai təhlükəsizliyin əsas məqamıdır. Bu tədbirlər nəticəsində təkcə inzibati pozuntular aşkarlanmır, həm də yüzlərlə faciənin qarşısı alınır. Əgər 10 ayda sərxoş vəziyyətdə sükan arxasında 9 407 sürücü müəyyən edilərək aşkarlanıbsa, bu təkcə inzibati qayda pozuntusu deyil, digər insanların həyatı üçün real təhlükə göstəricisidir.

Poliqon.info

Seçilən
10
4
poliqon.info

5Mənbələr