AZ

Mirzoyan “Tramp marşrutu”ndan DANIŞDI

“Güman edirəm ki, müəyyən mərhələdə ABŞ nümayəndə heyətinin səfərləri də olacaq”.

Musavat.com xəbər verir ki, bu fikri noyabrın 5-də parlamentdə jurnalistlərlə söhbətində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “Tramp Marşrutu” proqramı çərçivəsində amerikalı nümayəndələrin səfərlərinin gözlənilib-gözlənilmədiyi barədə suala cavab verərkən bildirib.

“İki tərəfli işçi qrupun rəsmi şəkildə yaradılmasına ehtiyac olub-olmadığını bilmirəm. Əgər ehtiyac yaranarsa, formalaşacaq. Hazırda müzakirələr gedir. “Tramp Marşrutu” çərçivəsində müxtəlif infrastruktur layihələri cəlb oluna bilər”, – deyə Mirzoyan qeyd edib.

Nazirdən bu çərçivənin artıq müəyyənləşib-müəyyənləşmədiyi soruşulduqda, o cavab verib: “Aydın olan budur ki, burada dəmir yolu da ola bilər, qaz kəməri, neft kəməri və ya elektrik ötürmə xətləri də. Bütün bunlar müzakirə mövzusu ola bilər”.

Jurnalistlər proqramda konsorsiuma “üçüncü tərəfin” daxil olmasının nəzərdə tutulduğunu xatırladıblar. Bu “üçüncü tərəf” barədə artıq hər hansı məlumatın olub-olmadığına dair suala isə Mirzoyan belə cavab verib:

“Bu kontekstdə üçüncü tərəf dedikdə biz hər hansı ölkəni və ya hökuməti nəzərdə tutmuruq. Bizim məqsədimiz Ermənistan və ABŞ-ın birgə şirkət yaratmasıdır. Bu şirkətə həmin layihənin tikintisi üçün hüquq veriləcək”.

 Ermənistanın xarici işlər naziri TRIPP-in açılma tarixini açıqlamayıb. O bildirib ki, Ermənistan texniki məsələlərin həyata keçirilməsi mərhələsindədir.

Musavat.com

Seçilən
49
musavat.com

1Mənbələr