AZ

Bahalaşma balıq bazarını da “vurdu”: Alıcılar şikayətlənir

Son aylarda ət bazarında müşahidə olunan qıtlıq alıcıların seçimlərinə təsir edib.

Alıcılar daha təhlükəsiz hesab etdikləri toyuq və balıq məhsullarına üstünlük verməyə başlayıblar. Xüsusilə vitaminlərlə zəngin olan balığa tələbat əhəmiyyətli dərəcədə artıb.

“Cebheinfo.az” xəbər verir ki, balıq bazarında qiymət artımı müşahidə olunur.

Satıcıların sözlərinə görə, mövcud bahalaşma həm mövsümi faktorlarla, həm də tələbin yüksəlməsi ilə əlaqədardır.

Məsələn, əvvəllər 11-12 manata satılan “Forel” balığı indi 15-18 manata təklif olunur. Xüsusilə nərə balığı növlərində (nərə, çapaq, beluqa) bahalaşma daha çox hiss olunur. Ümumilikdə balıq məhsullarında təxminən 40 % yaxın qiymət artımı qeydə alınıb.

Alıcılar isə vəziyyəti ət qıtlığından sui-istifadə kimi qiymətləndirir və gələcəkdə qiymətlərin daha da artacağından narahatdır.

Seçilən
23
1
cebheinfo.az

2Mənbələr