AZ

Süd Yolu qalaktikasında nəhəng dalğa aşkar edildi - FOTO

Avropa Kosmik Agentliyinin (ESA) "Gaia" peykinin topladığı yeni məlumatlar Süd Yolunun xarici bölgələrində nəhəng “kosmik dalğa”nın formalaşdığını üzə çıxarıb. Alimlərin fikrincə, bu dalğa keçmişdə baş verən böyük toqquşmanın izlərini daşıyır.

Publika.az xəbər verir ki, araşdırma İtaliyanın Milli Astrofizika İnstitutundan Eloisa Poggionun rəhbərlik etdiyi qrup tərəfindən aparılıb.

Mütəxəssislər Süd Yolunun xarici diskində 17 min gənc nəhəng və 3400 Sefeid dəyişkən ulduzun hərəkətlərini təhlil ediblər. Nəticədə, ulduzların yuxarı-aşağı istiqamətli hərəkətlərində müntəzəm “dalğa effekti” müşahidə olunub.

Tədqiqatçıların fikrincə, bu dalğalar daş atıldıqdan sonra gölün səthində əmələ gələn halqalara bənzəyir. Dalğanın amplitudası, yəni yuxarı və aşağı istiqamətdə olan salınım miqdarı, qalaktikanın mərkəzindən uzaqlaşdıqca artır.

Seçilən
44
publika.az

1Mənbələr