AZ

Bu Fondun adı dəyişdirilə bilər

Milli Məclisdə İşsizlikdən Sığorta Fondunun adının dəyişdirilməsi təklif olunub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“İşsizlikdən sığorta fondunun 2026-cı il xərcləri 266,4 milyon manat olacaq ki, onun da 77,0 milyon manatı, yəni 30 faizə yaxını özünüməşğulluq tədbirlərinin təşkilinə sərf ediləcək. İşsizliyə görə sığorta ödənişləri 28,0 milyon manat olacaq ki, bu da ümumi xərclərin 10,5 faizi deməkdir.

Göründüyü kimi, Fondun vəsaitlərinin əhəmiyyətli hissəsi işsizliyə görə sığorta ödənişlərindən kənar istiqamətlərə yönəldiləcək. Aktiv sosial proqramlara daha çox vəsait yönəltdiyini nəzərə alaraq Fondun adının dəyişdirilməsi, “Məşğulluq və işsizlikdən sığorta fondu” adlandırılması onun fəaliyyət istiqamətlərinə və eləcə də fəlsəfəsinə daha uyğun olardı”, - deputat bildirib.

"Cebheinfo.az"

Seçilən
8
2
cebheinfo.az

3Mənbələr