AZ

Gələn il təhsil və elm xərclərinə 5,2 milyard manat ayrılacaq

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“2026-cı il üçün təhsil və elm xərclərinə 5,2 milyard manat vəsait nəzərdə tutulur”.

“Qafqazinfo” xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin bu gün keçirilən birgə iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Bu cari illə müqayisədə 68,4 milyon manat və ya 1,3 faiz, ötən illə müqayisədə 658,0 milyon manat və ya 14,3 faiz çoxdur. Gələn il dövlət büdcəsindən dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər üçün 616,0 milyon manat vəsait ayrılacaq. Bu cari illə müqayisədə 48,0 milyon manat və ya 8,4 faiz çoxdur. Həmin vəsaitin 412,0 milyon manatını təhsil xərcləri, 177,0 milyon manatını təqaüd xərcləri, 27,0 milyon manatını isə təhsil sahəsində digər tədbirlər üzrə xərclər təşkil edəcək”, - nazir müavini bildirib.

Nuranə Daxilqızı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
7
qafqazinfo.az

8Mənbələr