AZ

Binalara istilik vaxtından əvvəl verilə bilər? RƏSMİ

ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Qışa doğru əksəriyyəti maraqlandıran əsas suallardan biri budur: istilik mövsümü bu il tez başlaya bilərmi? 

“Azəristiliktəchizat” ASC-nin sözçüsü Elvin Basqallı Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirib ki, qurumun balansında hazırda 550 qazanxana, 3841 bina, 276 məktəb, 156 uşaq bağçası, 143 səhiyyə müəssisəsi, 166 digər büdcə təşkilatı və 2620 təsərrüfat obyekti var.

Dediyinə görə, dağlıq ərazilərdə yerləşən 14 rayondan 9-da qazanxanalar artıq işlək vəziyyətdədir və həmin bölgələrdə istilik mövsümü noyabrın 1-dən başlayıb. Digər ərazilərdə isə istilik mövsümünün noyabrın 15-də başlayacağı, aprelin 15-də başa çatacağı, dağlıq zonalarda isə mayın 1-dək davam edəcəyi nəzərdə tutulur.

Qurum rəsmisi əlavə edib ki, fövqəladə vəziyyət yarandığı təqdirdə istilik daha tez verilə bilər:

“Bu, bizim təcrübəmizdə olub və ehtiyac yaranarsa, bu dəfə də istilik vaxtından əvvəl verilə bilər".Əli Hüseynov

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
bakivaxti.az

2Mənbələr